
“gece.ws"in xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial media hesabında bildirib ki, son açıqlamadan sonra ölənlərin sayı daha 579 nəfər artıb.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges paytaxt Karakasda keçirilən mənzil təhvili mərasimində bildirib ki, ilin sonunadək zəlzələdən zərər çəkmiş ailələr üçün 4 min yeni ev istifadəyə veriləcək.
Onun sözlərinə görə, hökumət yeni yaşayış layihələri üçün torpaq hazırlığı və tikinti işlərini də davam etdirir.
Rodriges vurğulayıb ki, hökumətin əsas məqsədi zərərçəkmiş vətəndaşlara dəstək olmaq və onların normal həyata qayıtmasını təmin etməkdir.