Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.25.2026 | 18:32 | Baxılıb: 1735
Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

“gece.ws” xəbər verir ki, diplomat bu barədə özünün rəsmi “X” hesabında paylaşım edib.

Nazir rəsmi Bakının çətin məqamda nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndirib:

“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə dərin minnətdarlığını bildirir”.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyəlik intervalla baş verən 7.2 və 7.5 maqnitudalı “seysmik dublet” (qoşa zəlzələ) nəticəsində azı 164 nəfər həyatını itirib, 1000-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fəlakətdən dərhal sonra Azərbaycan tərəfi Venesuela xalqı və hökuməti ilə həmrəyliyini ifadə edən rəsmi müraciət ünvanlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.