Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.28.2026 | 12:05 | Baxılıb: 1587
Avropa İttifaqı (Aİ) dağıdıcı zəlzələlərdən sonra Venesuelaya təcili yardım üçün 5 milyon avro ayırıb.

“gece.ws” xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu barədə “X” sosial media platformasında Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ilə danışıqlardan sonra məlumat verib.

“Aİ artıq zərər çəkmiş icmalar üçün təcili yardım üçün 5 milyon avro səfərbər edib. Biz Avropa Mülki Müdafiə Mexanizmini aktivləşdirmişik, bu mexanizm vasitəsilə bir neçə üzv dövlət təcili olaraq axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibbi personalı yerləşdirib”, - məlumatda deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.