Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 09:36 | Baxılıb: 5157
Cəlilabad rayonunda vəzifəli şəxs vəfat edib.

“gece.ws” xəbər verir ki, Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyev 66 yaşında dünyasını dəyişib.

Onun cərrahi əməliyyat vaxtı həyatını itirdiyi bildirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 13:40 radələrində 1959-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu təyin edilib.

Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilmiş bütün reanimasiyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 20:15 radələrində ölüm faktı qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.