Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2026 | 17:36 | Baxılıb: 1543
ABŞ Prezidenti Donald Trampın da sevimli mahnısı olan “Y.M.C.A”, “Go West”, “In The Navy” də daxil olmaqla “Village People” qrupunun ən böyük hitlərinin solisti Viktor Uillis vəfat edib.

“gece.ws” xəbər verir ki, bu barədə qrupun sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, 75 yaşlı sənətçi ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Uillis “Village People” qrupunun həmtəsisçisi və solisti olub. Uzun illər narkotik asılılığından əziyyət çəkən sənətçi bir müddət qrupdan ayrı qalıb. Lakin 2017-ci ildə təkrar olaraq qrupa qayıdıb.

Həmin vaxta qədər Prezident Tramp “Y.M.C.A”nı siyasi mitinqlərində əsas mahnı kimi qəbul etmişdi. ABŞ lideri açıqlamalarında seçki kampaniyası zamanı bu mahnı sayəsində seçicilərin dəstəyini qazandığını bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.