Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2026 | 00:31 | Baxılıb: 1802
Braziliyalı hücumçu Vinisius Junior “Real Madrid” ilə yeni müqavilə imzalayıb.

“gece.ws” İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Vinisius 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. O, “Kral klubu”na Braziliyanın “Flamenqo” komandasından 45 milyon avro qarşılığında transfer olunub.

Ulduz futbolçu ötən mövsüm “Real Madrid”in heyətində 53 oyuna çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.