Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.06.2026 | 19:55 | Baxılıb: 2949
Türkiyənin Trendyol Super Liqa təmsilçisi “Gənclərbirliyi”ndə gözlənilməz məşqçi dəyişikliyi baş verib.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu cəmi üç ay əvvəl yollarını ayırdığı sabiq futbolçu, baş məşqçi Volkan Demirellə yenidən müqavilə imzalayıb.

44 yaşlı mütəxəssis bu vəzifədə Levent Şahini əvəzləyib.

Komandanın yaydığı rəsmi bəyanatda V. Demirelin komandanın strukturunu və oyunçuları yaxın tanıdığı vurğulanaraq, onunla 1,5 illik müqavilə bağlandığı bildirilib:

“Klubumuzun dəyərlərini mənimsəyən və oyunçularımızı yaxşı tanıyan Volkan Demirelin geri qayıtmasını salamlayırıq”.

Qeyd edək ki, “Gənclərbirliyi” hazırda Super Liqada 24 həftədən sonra 24 xalla 12-ci yerdədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.