
“gece.ws” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, nazir bu barədə Müdafiə Nazirliyində keçirilən mərasimdə çıxışı zamanı bildirib.
Katz vurğulayıb ki, İran rəhbərliyi gələcəyə aparan “körpü” ilə tam təcrid və “dağıntı uçurumu arasında seçim etməlidir.
O, İsrailin hərbi imkanlarının hələ tam nümayiş etdirilmədiyini əlavə edib:
“İsrail tərəfindən hələ vurulmayan hədəflər, ABŞ və İsrailin birgə əməliyyatları zamanı artıq zərbələrə məruz qalanlardan daha da sərt və ağrılı olacaq”.
Xatırladaq ki, fevralın 28-də başlayan genişmiqyaslı hərbi əməliyyatlar zamanı İranın Ali Lideri Əli Xameneinin öldürülməsi regionda gərginliyi pik həddə çatdırmışdı.