
“gece.ws” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, Azərbaycan Kubokunun finalında “Sabah”a 1:2 hesablı məğlubiyyətdən danışıb.
Daha sonra R.Sadıqov sualları cavablandırıb:
- Erkən dəqiqələrdə Qismət Alıyevin sarı vərəqə alması oyuna nə dərəcədə təsir etdi?
- Epizodu görməmişəm. Hakimlikdən danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Yaxşı qələbə qazandılar, yaxşı fürsətləri var idi ki, qızıl dubl etsinlər.
- Oyun müəyyən qədər “Zirə”nin futbolçularına psixoloji təsir etməlidir. Çempionatda hələ heç nə bitməyib. Yoxsa, başqa cür düşünürsüz?
- Başqa cür düşünmürük. Sona qədər mübarizə aparacağıq. Başa düşürük ki, rəqib bizdən üç xal öndədir. Bizi “Araz” və “Sumqayıt”la ağır oyun gözləyir. Özümüzdə güc tapıb, çalışacağıq ki, sona qədər oynayaq.
- Artıq üç finalda uduzmusunuz. Daha yüksək büdcəli, daha güclü klubla fərqli nəticələr qazana bilərdi Rəşad Sadıqov?
- Onu əvvəlcədən demək olmazı. Ola bilərdi ki, biz güclü olardıq, istədiyimizi edə bilməzdik. Amma üç finala da baxsanız, bəzi şeylər bəlkə də uğurlu getsəydi, üçündə də qalib olardıq. Üç final arasında oxşarlıq var. 12 yarışdan 6-da mükafatlar uğrunda mübarizə aparmışıq. Altı qürurvericidir. Futbolçularımla fəxr edirəm. Titul yoxdur, amma onu da başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var.