Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.17.2026 | 12:34 | Baxılıb: 2101
Londonun “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“gece.ws” xəbər verir ki, İngiltərə təmsilçisi komandanın sükanının tanınmış ispan mütəxəssis Xabi Alonsoya tapşırıldığını elan edib.

London klubu ilə təcrübəli çalışdırıcı arasında 4 illik müqavilə imzalanıb. Keçmiş baş məşqçi Liam Rosenyoru əvəzləyən Xabi Alonso iyulun 1-dən etibarən işinə başlayacaq.

Qeyd edək ki, ispan mütəxəssisin son iş yeri vətəni olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər Madrid “Real”ının baş məşqçisi postunda çalışıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.