Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.15.2026 | 12:12 | Baxılıb: 2240
Xaçmazda iki ata oğlunu bıçaqlayıb.

“gece.ws” xəbər verir ki, Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Əsəd oğlu Musayev avqustun 14-ü saat 23 radələrində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.

Oxşar hadisə rayonun Qadaşoba kəndində də baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Saməddin Bədrəddin oğlu Şixanov 18 yaşlı oğlu Ceyhun Şıxanova bıçaqla zərbə endirib.

Xəsarət alan hər iki şəxsin həyatına yəhlükə yoxdur, vəziyyətləri qənaətbəxşdir.

Hadisələrlə bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.