Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 16:02 | Baxılıb: 2621
Bu ilin aprelində xadimə ilə mübahisə etməsi ilə gündəmə gələn Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbinin direktoru Aliyə Əliyeva cəzalandırılıb.

“gece.ws” Bizim.media-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin qərarına əsasən, direktor barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Xatırladaq ki, bu ilin aprelində Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbində xadimə və direktor arasında insident baş verib.

Belə ki, orta məktəbin direktoru məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanın ştatlarının birini ləğv edib.

Ü.Abdullayeva iddia edib ki, Aliyə Əliyeva ştatını tam bərpa etmək üçün ondan məktəb üçün konteyner almağı tələb edib. Lakin o, konteyneri alıb gətirsə də, direktor ştatı bərpa etməyib. Nəticədə tərəflər arasında mübahisə baş verib və xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.

Bu əməlinə görə, Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat məbləğində cərimə olunub.

Hazırda tərəflər arasında məhkəmə prosesi davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.