Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.03.2026 | 09:49 | Baxılıb: 5660
Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. 

“gece.ws” “Mehr” agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb. 

Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.

Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu. 






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.