
“gece.ws” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Ali Liderin göstərişinə və ölkə rəhbərliyinin ümumi rəyinə əsasən, zənginləşdirilmiş uran ehtiyatları ölkə hüdudlarını tərk etməməlidir”, - mənbələrdən biri deyib.
Xatırladaq ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ də öz sərt tələblərini irəli sürüb. Bu şərtlərdən biri də 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-yə aparılmasıdır. Daha əvvəl mayın sonunda Pakistanın ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcəyi ilə bağlı xəbər yayılıb.