Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 08:57 | Baxılıb: 2515
Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.

“gece.ws"in məlumatına görə, mərasimlə bağlı paytaxtın mərkəzində nəqliyyat hərəkəti məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Mərasimdə çox sayda insan iştirak edib, Tehran sakinləri Ayətullah Seyid Əli Xameneini anmaq üçün küçələri doldurub. Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.

Şəhərin mərkəzi küçələri və meydanları mərasim iştirakçıları ilə dolub, iştirakçılar mərhum liderin xatirəsini yad etmək üçün bayraqlar və portretlər gətiriblər.

Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.