Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.01.2026 | 07:24 | Baxılıb: 4314
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Tehranda İranın ali lideri Əli Xameneinin iqamətgahında ciddi dağıntılar müşahidə olunub.

“gece.ws” xəbər verir ki, görüntülər dünən “Airbus Defence and Space” şirkətinə məxsus “Pleiades Neo” peyki tərəfindən lentə alınıb və “Reuters” agentliyi vasitəsilə yayımlanıb.

Yayılan kadrda malikanə ərazisindən qara tüstünün qalxdığı və binanın bir hissəsinin zərər gördüyü müşahidə olunur.

Hücumun miqyası və tikiliyə dəyən ziyanın dəqiq həcmi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, İran Xameneinin sığınacaqda deyil, ofisində vəzifəsini yerinə yetirərkən həlak olduğunu açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.