Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.12.2026 | 11:45 | Baxılıb: 21226
“İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir”.

“gece.ws” xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai deyib. 

“O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, - Baqai qeyd edib.

Xatırladaq ki, 56 yaşlı M.Xamenei atası seyid Əli Xameneinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.