Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 13:10 | Baxılıb: 5661
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq bu gün Zəfər parkını ziyarət ediblər.

“gece.ws” AZƏRTAC-a istinadən xəbər verir ki, baş katib və xanımı Zəfər abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

***

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.