Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.02.2026 | 12:26 | Baxılıb: 7171
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.

“gece.ws” xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

Qeyd edək ki, Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub. Bu döyüşlərdə fərqləndiyinə görə Prezident İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.

Xatırladaq ki, 2019-cu ildə general-mayor rütbəsinə yüksələn P.Həşimova 2020-ci il dekabrın 9-da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.