Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.04.2026 | 10:51 | Baxılıb: 2016
“ADSEA-nın Qarabağ Su Regional İdarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir”.

“gece.ws” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

“İşçilərin çoxu məcburi köçkünlərdir, xüsusilə də xankəndlidir. Xankəndidə dünyaya ilk gələn körpə də ADSEA-nın Qarabağ Su Regional İdarəsinin İstehsalat şöbəsinin mütəxəssisi Səadət Namazlının övladı idi”, - deyə o bildirib.

Qeyd edək ki, işğaldan azad edildikdən sonra 2024-cü ilin aprelində Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlmişdi.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.