Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2026 | 16:04 | Baxılıb: 8482
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

“gece.ws” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Ş.Vəliyev sayta açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Vəliyev 2018-ci ilin martından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.