
“gece.ws” xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Tereхov məlumat verib.
Onun sözlərinə görə, zərbə şəhərin Saltovka rayonunda çoxmərtəbəli yaşayış binasına dəyib. Nəticədə binanın 7 və 10-cu mərtəbələri arasındakı örtüklər dağılıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.