Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.13.2026 | 01:11 | Baxılıb: 1855
“Barselona”nın əfsanəvi futbolçusu Xavi Hernandes Niderland milli komandasının yeni baş məşqçisi təyin olunub. 

“gece.ws” xəbər verir ki, bu barədə Niderland Kral Futbol Assosiasiyası rəsmi məlumat yayıb.

Məlumata görə, 46 yaşlı ispaniyalı mütəxəssis bu postda Ronald Kumanı əvəzləyib.

Qurumun yaydığı rəsmi açıqlamaya görə, Xavi ilə uzunmüddətli müqavilə imzalanıb. Yeni baş məşqçinin sözləşməsi 2030-cu il Dünya Çempionatının sonuna qədər nəzərdə tutulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.