Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.18.2026 | 17:16 | Baxılıb: 1601
Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən “gece.ws”ya bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.