Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 09:26 | Baxılıb: 1209
Xəzər dənizinin Qazaxıstanın Mangistau vilayəti sahillərində çoxsaylı suiti cəsədi aşkar edilib.

“gece.ws” “Turantimes.kz” saytına istinadən xəbər verir ki, bu barədə vilayətin Ekologiya Departamenti məlumat yayıb. 

Bildirilib ki, vilayətin Tüpkaraqan rayonunun Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər olan sahil zolağında aparılmış monitorinqlər zamanı 112 Xəzər suitisinin cəsədi aşkarlanıb.

Ölümlərin səbəbini müəyyən etmək üçün hadisə yerindən nümunələr götürülüb.

Xatırladaq ki, bu ilin may ayında Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanmışdı. Həmin vaxt suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.