
“gece.ws” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikası ərazisinə qarşı həyata keçirdiyi hücumlardan sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi minnətdarlığımızı bildiririk.
Azərbaycan ilə nümayiş etdirilən həmrəyliyi və ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına göstərilən dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu dövrdə Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək qiymətləndiririk”, - məlumatda qeyd olunub.