Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 13:09 | Baxılıb: 2001
Bu gün Quba və Qusarın dağlıq ərazilərinə ilin ilk güclü qarı yağıb.

“gece.ws” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ən çox qar rayonun Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimetr qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək düşüb.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.