Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 10:36 | Baxılıb: 5715
Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

“gece.ws” xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 02:13 radələrində mərkəzə Xırdalan şəhəri, Kristal Abşeron 1, bina 20-dən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Briqada tərəfindən 2004-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

***

Kliniki Tibbi Mərkəzdən saytımıza verilən məlumata əsasən, bu gün 2004-cü il təvəllüdlü şəxs (kişi) bədənin müştərək travması səbəbilə mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müayinə zamanı çanaq sümüyünün sınığı və diafraqmanın cırılması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.