Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.20.2026 | 01:03 | Baxılıb: 1822
Xırdalan şəhərində kişi bıçaqlanaraq öldürülüb.

“gece.ws"in əldə etdiyi məlumata görə, bıçaqlanma hadisəsi şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

R.Abdullayevə xəsarət yetirməkdə onun həmyerlisi Ceyhun adlı şəxs şübhəli bilinir.

Hadisəyə bir müddət əvvəl onların arasında yaranmış mübahisənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.