Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.22.2026 | 13:04 | Baxılıb: 9963
ABŞ-də Taho gölü yaxınlığındakı bir xizək kurortunda üç ayı izdihamlı xizək yolundan keçərək ziyarətçilər arasında təşvişə səbəb olub.

“gece.ws” xəbər verir ki, ayılar xizəkçilərə və snoubordçulara çox yaxın keçsələr də, heç kəsə zərər vermədən yolun digər tərəfinə keçərək meşəlik əraziyə itiblər.

O anlar ziyarətçilər tərəfindən qeydə alınıb.

“Əvvəlcə onların insan olduğunu düşündük, sonra böyük itlərə bənzətdik. Amma ayı olduqlarını anlayanda hamı “Dayan!” deyə qışqırmağa başladı”, - xizəkçi Barkley Veyhrauç qeyd edib.

Qarlı yamaclarda sürətlə irəliləyən ayılar xizəkçilərin arasında keçərkən bəzi idmançılar donub qalıb, digərləri sürətlə istiqamətini dəyişib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.