
“gece.ws” xəbər verir ki, Ali Lider bu barədə “X” hesabında paylaşım edib.
O, rəsmi Tehranın Ruhulla Xomeyni və Əli Xamenei yoluna sadiq qalacağını vurğulayıb:
“İran İslam Respublikasının ardıcıl siyasəti İmam Xomeyninin yolu ilə davam edərək “sionist-Amerika düşməninə qarşı müqavimətə dəstəyi” davam etdirməkdən ibarətdir. Bu kurs şəhid olmuş liderlərin ideyalarına sadiqlik çərçivəsində həyata keçirilir”.
Qeyd edək ki, fevralın 28-də atasının ölümündən sonra M. Xamenei martın 8-də İranın Ali Lideri seçilmişdi.