Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.26.2026 | 08:06 | Baxılıb: 3206
“İranın zənginləşdirilmiş uranı ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”.

“gece.ws” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp  sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, zənginləşdirilmiş uran ya ABŞ-yə gətirilərək məhv edilməli, ya da İranla əməkdaşlıq çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında yerindəcə zərərsizləşdirilməlidir.

Trampın sözlərinə görə, bu proses İranla koordinasiya və beynəlxalq nəzarət mexanizmləri vasitəsilə həyata keçirilə bilər.

Qeyd edək ki, hazırda atəşkəs mərhələsində olan ABŞ-İsrail-İran xəttində gərginliyin davam etdiyi bir vaxtda İranın əlində olduğu bildirilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi danışıqların əsas mövzularından biri olaraq qalır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.