Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2026 | 14:14 | Baxılıb: 3248
Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində ictimai asayişi pozan 2 nəfər inzibati məsuliyyətə cəlb edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Su İdmanı Sarayının yaxınlığında yerləşən “Yaban Pub”un qarşısında baş verib.

İctimai yerdə yüksək səslə söyüşlər söyən, digər vətəndaşların narahatlığına səbəb olan 1992-ci il təvəllüdlü S.Zeynalov və 1998-ci il təvəllüdlü M.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların sərxoş olduğu, ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyənləşib.

Barələrində inzibati protokol açılan şəxslər Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Zeynalov 20, M.Musayev isə 15 sutka inzibati həbs edilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.