Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 18:18 | Baxılıb: 7147
Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

“gece.ws” xəbər verir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanı danışıb.

“Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər – bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz “girov” olmur... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kimsə gedirsə, riski öz üzərinə götürür”, - Sikorski bildirib.

O, hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb. 

Qeyd edək ki, sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqda şübhəli bilərək saxlayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.