Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.13.2026 | 19:27 | Baxılıb: 3479
Füzuli rayonunda baş verən yanğınların yayıldığı ərazilərdə mina partlayışları müşahidə olunub.

“gece.ws"in əldə etdiyi məlumata görə, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minaların partlaması halları baş verir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əraziyə cəlb olunan qüvvələr tərəfindən alovun genişlənməsinin qarşısının alınması və yanğının tam söndürülməsi üçün əməliyyatlar aparılır.

Mina təhlükəsinin mövcudluğu yanğınsöndürmə işlərini çətinləşdirsə də, aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətdə saxlanılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.