Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 22:45 | Baxılıb: 1223
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda rəsmi səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı maraqlı bəyanatlarla yadda qalıb.

“gece.ws” xəbər verir ki, Ağ Ev rəhbəri yaponiyalı həmkarının ingilis dili bacarığını yüksək qiymətləndirib və zarafatla növbəti görüşə qədər yapon dilini öyrənəcəyinə söz verib.

“Mən hələ sənin dilini mənimsəməmişəm. Amma söz verirəm ki, növbəti dəfə gələndə bu dildə səlis danışacağam”, – deyə Tramp bildirib.

Qeyd edək ki, zarafatlara baxmayaraq, tərəflər arasında keçirilən rəsmi görüş kifayət qədər gərgin mövzular ətrafında cərəyan edib. Hazırkı vəzifəsində ABŞ-yə ilk səfərini edən Takaiçi ilə Trampın işgüzar naharı əvvəlcədən ləğv edilsə də, liderlər ikitərəfli görüşün vaxtını uzatmağa qərar veriblər.

Məlumat üçün bildirək ki, görüşün əsas müzakirə mövzularından biri Hörmüz boğazındakı vəziyyət olub. Tramp bir sıra ölkələri, o cümlədən Yaponiyanı strateji əhəmiyyətli bu boğaza hərbi gəmilər göndərməyə çağırıb. Lakin Yaponiya konstitusiya məhdudiyyətləri səbəbindən bu məsələdə ehtiyatlı davranır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.