Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.13.2025 | 04:27 | Baxılıb: 1864
Tokio yaxınlığındakı Narita hava limanından Filippinə uçan “United Airlines”a məxsus təyyarə Yaponiyanın Kansai hava limanına məcburi eniş edib.

“gece.ws” xəbər verir ki, bu barədə “NHK” məlumat yayıb.

Bildirilir ki, təyyarə 10.000 m yüksəklikdə, Vakayama şəhərindən 200 km aralıda olarkən yük anbarında mümkün yanğın barədə xəbərdarlıq siqnalı işə düşüb. Belə ki, ekipaj Kansai hava limanına təcili eniş etmək qərarına gəlib.

Enişdən sonra sərnişinlər təxliyə edilib. Nəticədə 5 nəfər xəsarətlər alıb.

Uçuş-enmə zolaqları bir neçə saat bağlansa da, sonradan hava limanı tam fəaliyyətini bərpa edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.