Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 15:37 | Baxılıb: 2341
Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlayan şəxs saxlanılıb.

“gece.ws” xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində baş verib.

“MAN” markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.