Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.12.2026 | 09:44 | Baxılıb: 1635
Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“gece.ws” xəbər verir ki, hadisə dünən saat 10 radələrində Aşağı Ləgər kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Ramik Carulla oğlu Müslümovun tək yaşadığı evin yataq otağında elektrikli qızdırıcı yanaraq əriyib.

Hadisə nəticəsində o, yatdığı yerdə kəskin qoxulu tüstüdən boğularaq ölüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.