Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.17.2026 | 02:07 | Baxılıb: 4081
“Yaxşı oyun alındı. Baxmayaraq ki, uzun yol gəlmişdik, qalibiyyət çox vacib idi”.

“gece.ws” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası (3:0) ilə oyundan sonra danışarkən deyib.

“Yaxşı nəticədir, futbolçularımı təbrik edirəm. İlk tur idi. Sabahdan rəqiblə maraqlanacağıq. Qarşıdakı oyuna daha yaxşı hazırlaşmağa çalışacağıq.

Çatışmazlıqlarımız var. hava şəraitinə baxmayaraq, əvvəlki oyuna nisbətən bu oyunda daha səliqəli oynamağı bacardıq. İnanıram ki, qarşıdakı oyunda daha yaxşı formada olacağıq. Həm “Sabah”ı, həm “Zirə”ni təbrik edirəm”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.