“gece.ws” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı videomüraciətində deyib.
O bildirib ki, adminstrasiyası Qərb və ABŞ-dən yüksək səviyyədə siyasi siqnallar alıb:
“Avropalı dostlarımızdan, eləcə də, ABŞ-dən yaxşı siyasi siqnallar aldıq.
Gələn həftə ABŞ tərəfi ilə hərbi səviyyədə işimizi davam etdirəcəyik, xüsusən də ordumuz general Kelloqla işləyəcək. Biz həmçinin yeni Avropa müdafiə paketləri hazırlayırıq. Biz bu müharibəyə görə Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, tezliklə güclü addımların atılacağını gözləyirik – təzyiq qüvvəyə minməlidir”.