Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.20.2026 | 10:37 | Baxılıb: 2664
Britaniyalı aktyor Tom Holland “Hörümçək-adam: Yeni gün” (“Spider-Man: Brand New Day”) filmində Piter Parker roluna görə 100 milyon dollardan çox qonorar alacaq. 

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “The Wrap” nəşri yayıb. 

Bildirilib ki, 30 yaşlı Hollandın müqaviləsində sözügedən film üçün 20 milyon dollar məbləğində sabit qonorar nəzərdə tutulub. Onun qazancının əsas hissəsi - 80 milyon dollardan çoxu isə kassa yığımlarının faizlərinin payına düşəcək.

Bu isə onun franşizanın əvvəlki hissəsi olan “Hörümçək-adam: Evə yol yoxdur” filmindən əldə etdiyi məbləğdən iki dəfə çoxdur. 

Qeyd edək ki, “Hörümçək-adam: Yeni gün” filmi iyulun 31-də dünya prokatına çıxıb. Ekran əsərində həmçinin Zendaya, Sedi Sink, Con Bantal, Mark Ruffalo, Florens Pyu, Ceykob Batalon və Maykl Mendo kimi tanınmış aktyorlar rol alıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.