
“gece.ws” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, aşağıdakı parlamentlərarası İşçi qruplarının formalaşdırılması təklif edilib:
Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Ramid Namazov;
Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu – Eyvaz Qurbanov;
Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Gülşən Paşayeva;
Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Azər Allahverənov.
Qeyd edək ki, həmçinin Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunun sədri dəyişir. Sözügedən işçi qrupun əvvəlki sədri Ramil Həsən idi. Yeni sədr isə Vasif Qafarov olacaq.
Xatırladaq ki, Ramil Həsən TÜRKPA-nın Baş katibi vəzifəsinə seçildiyi üçün, onun deputatlığına xitam verilib.
Nuranə Daxilqızı