Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yeni işıqfor qoyulan prospektdə təcili yardım maşını yolda qaldı - Video
 
						Yeni işıqfor qoyulan prospektdə təcili yardım maşını yolda qaldı 
							 - Video
Əlavə olunub: 07.17.2025 | 16:30 | Baxılıb: 1816
Ötən gün Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində edilən dəyişiklik sürücülər arasında narahatlığa səbəb olub.

“gece.ws” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Sürücülər yeni quraşdırılan işıqforun tıxaca səbəb olduğunu, təcili yardım avtomobilinin sıxlıqda qalaraq keçə bilmədiyini bildiriblər.

Qeyd edək ki, ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkili üzrə dəyişiklik edib. Dəyişikliyə əsasən, ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.

Baku TV-yə istinadən həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.