
“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub: “Bu məntiqə riayət etmək həqiqətən müstəqil dövlət olmağa imkan vermir”.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Burada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar mövcuddur.