Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.09.2026 | 01:02 | Baxılıb: 2320
Türkiyəli aktrisa Hande Soralın yeni layihəsi məlum olub.

“gece.ws” xəbər verir ki, aktrisa “TRT 1”də yayımlanacaq “Evlilik Güzeldir” serialında çəkiləcək.

O, ekran işində “Zeynəb” obrazını canlandıracaq.

Aktrisa, nikah məmuru “Məsud Bahtiyar”ın beş qızı arasında ən böyüyünü oynayacaq.

Serialın süjeti bir-birindən tamamilə fərqli xarakterə malik beş qızını evləndirməyə çalışan nikah məmuru atanın həyatından bəhs edir.

Anasının vəfatından sonra bacılarının məsuliyyətini üzərinə götürən fədakar “Zeynəb”in isə keçmişdə yarımçıq qalmış sevgi hekayəsi yenidən gündəmə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.