Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.02.2026 | 16:44 | Baxılıb: 1806
“Vaşinqtonla strateji tərəfdaşlığın yenidən bərpa olunacağına ümid edirəm”.

“gece.ws” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ səfirinin sualını cavablandırarkən bildirib.

“Ümid edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı yenidən bərpa etmək mümkün olacaq. Biz amerikalı tərəfdaşlarla əlaqədəyik və inanırıq ki, sonda strateji tərəfdaşlığın bərpası istiqamətində addımların atıldığını görəcəyik. Bu bizim vəzifəmizdir və ABŞ tərəfinin atacağı addımları səbirlə gözləyirik”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, Emi V. Diazın ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.