Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.08.2025 | 11:03 | Baxılıb: 2358
Ucalmaqda olan Yeni Şuşa məscidi öz əzəməti ilə şəhərin yeni simvoluna çevriləcək. 

“gece.ws” xəbər verir ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.

Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq. 

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq. 

Layihə Heydər Əliyev Fondunun və “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.