
“gece.ws” xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Fərid Baxşıyev təyinat alıb.
F.Baxşıyev daha əvvəl Maliyyə Nazirliyində, Azərbaycanın Mərkəzi Bankında, Dünya Bankında, Azərbaycan Dəmir Yolları QSC-də və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Prezidentin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb.