Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 20:57 | Baxılıb: 1231
Mayın sonunda həcc ziyarəti başa çatdıqdan sonra Pakistan ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, tərəflərin növbəti görüşü İslamabadda baş tutacaq. Bununla yanaşı, sazişin yekun layihəsi üzrə işlərin tamamlandığını elan etmək üçün Pakistan nümayəndəsinin yaxın günlərdə İrana səfər edə biləcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl “Fars” agentliyi rəsmi Tehranın sülh danışıqlarının bərpası üçün Vaşinqtona irəli sürdüyü 5 şərt barədə məlumat yaymışdı. İranın tələbləri sırasına Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və müharibənin vurduğu zərərin ödənilməsi daxildir. Həmçinin Tehran ABŞ-dən İranın Hörmüz boğazı üzərindəki suverenlik hüququnu tanımasını tələb edir.

ABŞ isə öz növbəsində qarşılıqlı şərtlər irəli sürüb. Ağ Ev rəhbərliyi 400 kiloqram zənginləşdirilmiş uranın İrandan ABŞ-yə çıxarılmasını və İslam Respublikasında yalnız bir nüvə obyektinin fəaliyyət göstərməsini israr edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.